“Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var”.
Bu barədə “Ölkə.az”a Xudayar Yusifzadənin anası Radə Yusifzadə deyib:
“Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?
Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəqiqə çıxıram, Bakıya, düz DTX-ya gəlirəm”.
R.Yusifzadə söyləyib ki, nəinki o, hətta bütün şəhid anaları onun cəzasını verməyə hazırdırlar:
“3 min şəhidimizin hansının anası sağdırsa, mənim yanıma gəlib onu cəzalandırmaq istəyir. İndi bu dəqiqə gedirəm onu məhkəməyə verəm”.
R.Yusifzadənin sözlərinə görə, bu gün Xudayarla zarafat edən sabah başqa şəhidlə zarafat edər:
“O qırmızı koftasını, qırmızı idman ayaqqabısını geyinib kafedə oturub, çay içib məzələnib mənim uşağım haqqında danışırsa, o, bu gün şəhid olan 3000 oğulun hesabına orada salamat oturub. O gedib yenidən vətən qoruyacaq biri deyil, amma mənim yerdə qalan iki oğlum necə Xudayar etmişdisə, canını vətən üçün vermişdisə, onlar da gedəcək. Onun kimisi isə ancaq sosial şəbəkədə şəhidi təhqir etməklə reytinq qazana bilər.
Məhkəməyə verib ondan təzminat tələb edəcəyəm. Mən Xudayarı sevənlərin yazdıqlarını oxuyurdum”.