Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və altı köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində səkkiz nəfər, o cümlədən Sabunçu rayonu ərazisində avtomobil yolu ötürücüsündə subasma nəticəsində nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib.
Yağış sularının yol ötürücüsündən kənarlaşdırılması işləri hazırda da davam etdirilir.