Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yanacaqdoldurma məntəqələrində benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir?
Son günlər sosial şəbəkədə sürücülər məntəqələrdə yanacağın aşağı təzyiqlə vurulmasını tələb etdiklərini bildiriblər.
Bəs yanacaq sürətlə vurulanda həqiqətənmi çən köpüklə dolur?
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, avtomobillərin yanacaq sistemləri üzrə mütəxəssis Pərviz İsmayılov bildirib ki, görüntülər yanacaqdoldurma avadanlığının reklamı ilə bağlı çəkilib.
Yəni "yanacaq yüksək təzyiqlə vurularsa, çənə daha az yanacaq dolar" yanaşması reallığı əks etdirmir.
İddialardan biri də yanacağın doldurulma sürətinin çəndəki çöküntüləri qaldırması ilə bağlıdır.
Bildirilib ki, bu həm də avtomobilin yanacaq sisteminə ciddi ziyan vurur.
Pərviz İsmayılovun sözlərinə görə, yanacağın doldurulma sürəti əksər avtomobillərdə çəndəki çöküntüləri qaldıracaq səviyyədə olmur. Buna səbəb isə avtomobilin yanacaq sisteminin quruluşudur.
Mütəxəssis onu da əlavə edib ki, yanacaqların təmizliyi "YDM"lərin qurğularındakı süzgəclərin vaxtında dəyişdirilməsindən asılıdır.
Ətraflı süjetdə:

"Sürücülərin nəzərinə" teqi üzrə xəbərlər
- Xəzər rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Maşına çırpılıb uçdu, sakitcə önünə uzandı: Bakıda velosiped və skuter sürənlərin qayda pozuntuları
- Bakıda motosiklet sürücüləri avtoxuliqanlıq etdilər - ANBAAN GÖRÜNTÜLƏR
- Bakının bəzi küçələrində sıxlıq müşahidə olunur
- Sakinləri ölümə sürükləyən yol kəsişməsi