Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılır.
Oxu.Az xəbər verir ki, əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.
Yaralı əsgərlərin Türkiyəyə sabah aparılması planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.