Dünən saat 18.30 radələrində Yeni Yasamal 2-ci massivdə 82 millimetrlik minaatan mərmi aşkarlanıb.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, mərmi barədə ilk məlumatı Fövqəladə Hallar Nazirliyinə binanın sakinləri veriblər.
Sakinlər çox güclü təsirə malik mərmini "Qismət" şadlıq sarayının arxasındakı ərazidə aşkar ediblər. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, minaaxtaranlar və təcili yardım briqadası cəlb olunub. Minanın zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanıb. Ərazi təhlükəsizlik məqsədilə boşaldılıb.
Mərmiyə baxış keçirilərkən məlum olub ki, 1 ədəd 82 millimetrlik minaatan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdırıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.