Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Nəcəfov Əli Aydın oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Rəylər