Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yasamalda meşəlik məhv edilir? - Ağacların kəsilməsi ilə bağlı qurumdan AÇIQLAMA
Kənar Dairəvi yolun Yasamal rayonu ərazisindən keçən hissəsindəki meşəlik ərazidə ağacların əhəmiyyətli hissəsi quruyub və bəziləri kökündən aşıb.
Ekofəallar iddia edirlər ki, ağaclar yaxınlıqda fəaliyyət göstərən tikinti şirkətlərindən biri tərəfindən məqsədli şəkildə qurudulub.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən beş hektarlıq ərazidə 161 qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.
Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsinə başlanılacaq.
Hazırda isə birliyin əməkdaşları tərəfindən qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir.
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən, sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq, burada velosiped yolları, uşaqlar üçün oyun meydançaları nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz.
Ətraflı Baku TV-nin süjetində:

"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Paytaxtın beş rayonunda 60 min manatlıq cinayət: Baş Prokurorluq məlumat yaydı
- Paytaxtda qardan təmizləmə işləri davam edir
- Bakıda xüsusi təyinatlı texnikalar işə düşdü: Yüzlərlə işçi qüvvəsi CƏLB EDİLDİ
- "Azercell" səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?