Bakının Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində baş verən qəzanın fəsadları aradan qaldırılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti məlumat verib.
"Həmin ərazidəki qəzanın aradan qaldırılması ilə bağlı sukanal idarəsinin qəza xidməti işlərə başlayıb",- deyə məlumatda bildirilir.


Bakının Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində su borusu partlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, 1 saylı DOST Mərkəzinin qarşısında yaranan durum ətrafdan keçənlərin hərəkətinə maneə yaradır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova