Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“YAŞAT” Fondu şəhid qardaşının borcunu bağladı
Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb.
Bu barədə Oxu.Az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov məlumat verib.
O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib:
“Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”.
Qeyd edək ki, bu barədə ilk məlumatı manşet.az saytı dərc edib.
Könül Cəfərli
Ən çox oxunanlar
Rəylər