Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"YAŞAT" Fondu tərəfindən son dörd ildə nə qədər ödəniş təmin edilib? - AÇIQLAMA
"YAŞAT" Fondu tərəfindən ötən dörd il ərzində (2020-24) 86 milyon 762 min 869 manat məbləğin ödənişi təmin edilib".
Oxu.Az xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun dördillik fəaliyyətinə dair mətbuat konfransında qurumun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
"Fond dörd istiqamət - məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil, peşə hazırlığı və potensialın inkişafı üzrə fəaliyyət göstərir.
Ödənişi təmin olunan məbləğin 48.09 faizi məişət şəraitinin yaxşılaşdırılmasına, 37.15 faizi tibbi xərclərin ödənilməsinə, 8.13 faizi borc öhdəliklərinin qarşılanmasına, 6.06 faizi isə təhsil, peşə hazırlığı və potensialın inkişafına xərclənib", - E.Hüseynov bildirib.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
Rəylər