Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: “Fikrini ifadə etməkdə çətinlik çəkir” - AÇIQLAMA + FOTO
Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-a meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
R.Cənnətov Ağakərimin müalicəsində irəliləyiş olmadığını qeyd edib:
“Dayım illərdir ki, yataq xəstəsidir. Vəziyyəti necə varsa, elədir. Heç bir dəyişiklik və irəliləyiş yoxdur. Həkimlər nə etsələr də, xeyri yoxdur. Onun müalicəsi davam etdirilir”.
Bacısı oğlu meyxana ustadının heç bir reaksiya vermədiyini əlavə edib:
“Reaksiyası yoxdur. Bəzən adamı tanıyır, bəzən isə tanımır. Danışa bilmir. Fikrini ifadə etməkdə çətinlik çəkir. Tam izah edə bilmir. Onun başqa xəstəliyi yoxdur. Sırf insultdan əziyyət çəkir”.
Sənət yoldaşı Ağamirzə Məmmədov Ağakərimi 20 gün öncə ziyarət etdiyini deyib:
“Ağakərimin vəziyyəti lap pis deyil. Əvvəlki kimidir, stabildir. Necə varsa, elədir. İrəliləyiş ümumiyyətlə yoxdur. Sonuncu dəfə 20 gün öncə ziyarət etdim. Məni tanımadı. Tez-tez yaxınları ilə əlaqə saxlayıram. Biz orada olanda danışmadı. Hərdən danışır. Lakin onda da başa düşmək olmur. Ailəsi artıq onun dilini başa düşür”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.
Nəzrin Vahid
"Ağamirzə" teqi üzrə xəbərlər
- Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
- Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
- Bakıda dəmiryol xətlərinin sökülməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə - AÇIQLAMA
Rəylər