Müğənnilərin və mollaların ağlı-qaralı “gündəmə” gəlmək istəyi anlaşılandır: biri toy üçün “klient” yığır, o birisi isə yas üçün.
Oxu.Az xəbər verir ki, bunu yazıçı-dramaturq, professor Firuz Mustafa deyib.
F.Mustafa bəzi şairlərin, xüsusən gənclərin “gündəmə” gəlmək cəhdlərinin anlaşılan olmadığını deyib:
“Bu şairlərin bir çoxu gündəmə gəlib, neyləyəcək? Kitablarının tirajı artacaq? Səhv edirlər. İndi bizdə şeir oxuyanların sayı kosmosa çıxanlardan da azdır. Bəs nə etməli? Tövsiyəm budur ki, vaxt var ikən elə bu başdan nəsrə (və ya dramaturgiyaya) keçsinlər. Yenə az-çox nəsr əsərləri oxunur…”
Kamil HƏMZƏOĞLU
www.oxu.az