Yekaterinburq məhkəməsi Əhliman Gənciyev barəsində həbs-qətimkan tədbirinin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Belə ki, məhkəmə Əhliman Gənciyev barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək, onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
Yekaterinburqda 27 iyun tarixində keçirilən əməliyyat zamanı saxlanılan Əhliman Gənciyevin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclası başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Rusiya məhkəməsi Yekaterinburqdakı insidentlə əlaqədar saxlanılan soydaşımız Bakir Səfərov barəsində 22 günlük həbs qətimkan tədbiri seçərək, onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən məlumat verib.
Xatırladaq ki, Bakir Səfərov Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də keçirdiyi reyd nəticəsində saxlanılıb.

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, B.Səfərovun barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.