Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək, onları tora salırlar.
Xezerxeber.az-ın məlumatına görə, son dövrlər "WhatsApp" vasitəsilə toy dəvətnamələrinin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dələduzluq etməyə başlayıblar.
Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir. Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.
Ətraflı süjetdə:

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar