Qəzaya düşən TƏBİB-in əməkdaşı Sevil Abdullazadənin 2 gün öncə işə düzəldiyi məlum olub.
Oxu.Az Azxeber.com-a istinadən bildirir ki, hadisə gənc xanımın yeni işə başlamasını qeyd etdiyi gün baş verib.
Belə ki, onun işə qəbul əmri martın 11-də verilmişdi. İki gün öncə işə başlayıb və bunu qeyd edib evə qayıdarkən dəhşətli qəzaya düşüb.
Hadisə 12 mart saat 22:30-da baş verib.
Taksi kimi fəaliyyət göstərən iki avtomobil qarşı yoldan gələn maşınla toqquşub və nəticədə zəncirvari qəza baş verib.
Hadisə şahidinin məlumatına görə, qəza taksi sürücülərindən birinin səhlənkarlığı nəticəsində baş verib.
Qeyd edək ki, Sevil əslən Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən olub. 2019-cu ildə 600-dən çox bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Sevil Abdullazadə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi olub.
Onu da qeyd edək ki, Sevilin aprelin 1-də doğum günü olacaqdı.
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki dəhşətli qəzada həlak olan Sevil Abdullazadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi imiş.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Oxu.Az xəbər verir ki, Sevil Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi adını qazanmışdı.
O, əslən Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən olub.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

"Hadisə martın 12-də saat 22:39-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində qeydə alınıb. "Renault Megane" markalı, 77-EL-135 dövlət nömrə nişanlı avtomobillə "Toyota Aqua" markalı, 77-UP-712 dövlət nömrə nişanlı maşın toqquşub.
Hadisə nəticədə bir nəfər - Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Sevinc Abdulla qızı Abdullazadə həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova