Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yeni "radar"lar cərimə yazır?
"Yeni monitorlar cərimə yazmır, sürücüləri məlumatlandırır".
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir.
Qeyd olunur ki, sürücülərin radar kimi qəbul etdikləri yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır:
"Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Bu radarlar yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir. Onların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir".
Əzizə İsmayılova
Rəylər