Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yenilənmiş “Lexus RX” yeni standartlar yaradır - FOTO
Premium krossoverlər seqmentinin pioneri sayılan Lexus RX modelinin payızda təqdim edilmiş yeni nəsli bu seqment üçün yeni standartlar təyin edib. Zərif və dinamik eksteryer, yüksək funksionallığı ilə seçilən interyer, dünyada ilk dəfə tətbiq edilən BladeScan Type AHS işıq texnikası, Lexus Safety System+ təhlükəsizlik sistemləri, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən müasir multimedia platformaları, sensorlu ekran, sensorlu idarəetmə paneli Lexus RX modelini daha da mükəmməl edib.
Yeni Lexus RX modelinin zərif və dinamik görünüşlü eksteryeri yeni korporativ dizayn üslübunu əks etdirir. Avtomobilin ön hissəsindən başlayan və arxa hissəsinə qədər davam edən xətt Lexus RX modelinə sürət və zəriflik hissi bəxş edir.
Yeniliklər yalnız xarici görünüşlə bitmir, onlar həmçinin rahatlıq və idarəetmə dinamikasında da özünü büruzə verir. Yeni RX özündə bayraqdar LC kupesi və LS sedanının özəlliklərini əks etdirir. Mühəndislər hər bir detal üzərində diqqətlə işləyiblər: kuzovun sərtliyi artırılmış, asqı sistemi təkmilləşdirilmiş, yeni amortizatorlar və əyləc sistemi quraşdırılmışdır. Yeniliklərin sayəsində avtomobil daha dəqiq və dinamik idarəetmə xüsusiyyətlərinə sahib olub. Bu isə, öz növbəsində, sürücünün avtomobildə özünü daha rahat və əmin hiss etməsinə şərait yaradır.
Lexus şirkətinin baş mühəndisi Takeaki Kato qeyd edir ki, yeni RX-in kuzasının sərtliyini yüksəltmək üçün nöqtəli lazer qaynaqdan istifadə edilib, qaynaq nöqtələrinin sayı artırılıb. Yan stabillik stabilizatorlar sərtləşərək, onların qalınlığı 1 mm artırılıb. Yenilənmiş amartizatorlar yeni FCD (Friction Control Device) sistemi ilə təchiz olunub buda öz növbəsində yan əyilmələri azaldır və cəld reaksiya qabiliyyətini artırır. ESP sistemi Active Cornering Assist funksiyası ilə təchiz olunub. Bu funksiya sayəsində şassinin dönmə çatışmamazlığı azalır və sürücünün döngələri yüksək sürətlə keçməsinə şərait yaradır. Bununla yanaşı, avtomobilin hərəkət yumşaqlığı yaxşılaşdırılıb ki, buda sərnişinlərin avtomobildə rahat səyahət etməsini təmin edir.
Yeni mütərəqqi BladeScan AHS işıq texnologiyası təhlükəsizliyi artırmağa xidmət edir. Sistem fənərin daxilindəki hər bir diodu ayırılıqda yandırıb-söndürə bilir ki, bu da işıq axınını daha dəqiq bölüşdürülməsini təmin edir. Sistem avtomobilin yuxarı hissəsində yerləşdrilən kameralar sayəsində öndə gedən və qarşıdan gələn avtomobillərin işıqlandırılmasını təhlil edərək, işıq axının düzgün yönləndirilməsini təşkil edir. Bu isə, öndə olan və qarşıdan gələn avtomobillərin sürücülərini “kor” etmir. Bu sistem sayəsində günün qaranlıq vaxtlarında yol daha yaxşı işıqlandırılır. Sistem sürücünün müdaxiləsi olmadan, avtomatik şəkildə uzaq və yaxın işıq rejimlərini dəyişir.
Digər yenilik isə, Lexus Safety System+ təhlükəsizlik sistemləri kompleksinin intellektual kameralarıdır. Onlar yol səthində olan ağ və sarı xəttləri izləyir, avtomobil hərəkət zolağından çıxdığı anda sürücünü ön şüşədəki visual görüntü, salondakı səs siqnalı və sükandakı vibrasiyalar vasitəsi ilə xəbərdar edir. Bundan başqa, sistemdə xüsusi tənzimləmələr etməklə, avtomobilin rəvan şəkildə öz hərəkət zolağına qaytarılmasını təmin etmək də olar. Bu iki funksiya uzun səyahətlər zamanı sürücünün diqqətini yolda saxlayaraq, avtomobilin idarə edilməsini daha da asanlaşdırır.
Yeni nəsil Lexus RX modeli yeni sensorlu displey və mərkəzi konsolda yerləşən taçpəd ilə təchiz edilib. Onlar “touch” toxunmaya sahib olan müasir texnologiyaya malikdirlər. Krossoverin multimedia sistemi Apple CarPlay və Android Auto platformalarını dəstəkləyir ki, bu da multimedia sistemindən istifadəni asanlaşdırır. Onların köməyi ilə smartfonları multimedia sisteminə qoşaraq, Apple Siri və Google Assistant yardımçılarından istifadə etmək də olar. Bu funksiya da sürücünün diqqətini yolda saxlamağa imkan verir.
Avtomobillərdən istifadənin daha rahat və təhlükəsiz olmasını təmin etmək üçün, Lexus şirkətinin mühəndisləri bütün dünyadakı müştərilərin fikirlərini öyrənərək, bu sahədə tətbiq olunacaq yeni texnologiyaları icad edirlər.
Yenilənmiş Lexus RX avtomobilini “Lexus”un Azərbaycandakı rəsmi dileri “Lexus Bakı”-dan artıq sifariş edə bilərsiniz.
Rəylər