Yevlaxda baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunarkən xəstəxanayaqədər ölüm qeydə alınıb.
Üçotaqlı ev külə döndü: İki yaşlı körpə yanaraq can verdi
15:59
Yevlax şəhərində ümumi sahəsi 64 kvadratmetr sahəsi olan fərdi evdə yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 2000-ci il təvəllüdlü S.Kərimov və onun iki yaşlı oğlu yanıq xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Hadisə nəticəsində üçotaqlı ev tam yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rəylər