Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yevlaxda həkim 20-dən çox bıçaq zərbəsi ilə qətlə yetirildi - YENİLƏNİB + FOTO
Yevlax xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsinin təfərrüatı məlum olub.
“Report”un məlumatına görə, bu gün axşam saatlarında Yevlax Mərkəzi Rayon Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cəbbarov Yevlax şəhər Əhmədağa Baxşıyev küçəsində olan mənzilində qətlə yetirilib.
O, 20-dən çox bıçaq zərbələri alıb və ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Hadisənin başvermə səbəbləri isə hələ ki məlum deyil.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
23:49
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.
Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb.
B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.
Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, B.Cabbarov 10.12.1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.
Rəylər