2006-cı il təvəllüdlü vətəndaş (cinsi kişi olan) dekabrlın 10-da saat 12:00 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətdə yerləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, ona dəqiqləşdirilməmiş toksiki zəhərlənmə diaqnozu qoyulub.
Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent həkimlərin səylərinə baxmayaraq, saat 13:17-də vəfat edib.
01:57
Yevlaxda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, şəhər sakini 2006-cı il təvəllüdlü Kamran Bakir oğlu Həşimov qida zəhərlənməsi diaqnozu ilə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasına məlumat daxil olub. Həkimlərin səylərinə baxmayaraq, 17 yaşlı şəhər sakinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.