İyunun 18-də Yevlax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, saat 09:00-dan işlər başa çatanadək Yevlaxın Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqrax, Səmədabad, İsmayılabad və Bünyadabad kəndlərinin qaz təchizatının dayandırılması nəzərdə tutulur.
İyunun 18-də Masallı rayonunun bəzi yaşayış məntəqələrində də qaz təchizatı müvəqqəti dayandırılacaq.
Lənkəran Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, aşkarlanan qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Yeyənkənd kəndinin tam olaraq, Banbaşı kəndinin isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatının işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib.