Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev müğənni Mətanət Əsədovanın avtomobili 260-270 sürətlə idarə etməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, polis polkovnikinin bildirdiyinə görə, müğənninin əməli sübuta yetirilərsə onu müvafiq cəza gözləyir.
Kamran Əliyev qeyd edib ki, bizdə sürücülər qayda pozmağı qəhrəmanlıq kimi qiymətləndirir.
“O deyir ki, maşını 270 sürətlə sürmüşəm, siz ona inanırsız? Bizdə həyatı boyu radarlara o sürətlə düşən maşın olmayıb. Biz müğənni Mətanət Əsədovanı sadəcə sözlərinə görə məsuliyyətə celb edə bilmərik”, - deyə, K.Əliyev vurğulayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi bildirib ki, müğənninin əməli sübuta yetirilərsə onu İnzibati Xətalar Məcəlləsinin 151-1.4 maddəsinə uyğun olaraq yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 250 manat cərimə və inzibati xətaya görə 4 bal gözləyir.
Elvin Əhmədov
www.oxu.az