Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BDYPİ-dən Oxu.Az-a verilən xəbərə görə, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, xüsusilə gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.
Qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur”.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə BİLƏRSİNİZ
- Bakı-Qazax yolundakı dəhşətli qəzanın SƏBƏBİ: Sürücü öldü, həyat yoldaşı xəsarət aldı
- Dağlıq yolda dərəyə aşan avtomobilin sərnişini ölüb: Baş Dövlət Yol Polisi İdarəsindən XƏBƏRDARLIQ
- Şəkidə azyaşlı atasının maşınını aşırdı - Xəsarət alanlar var
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib