Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yol polisi qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib.
İdarənin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır:
“Fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir.
Daxili İşlər Nazirliyinin BDYPİ ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir”, - deyə məlumatda bildirilib.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- BDYPİ-dən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət
- Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatını itirdi
- Polisə tabe olmayan sürücü həbs edilib
- Biri azyaşlı olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı BDYPİ-dən ÇAĞIRIŞ
- BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ
Rəylər