Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zabrat sakinləri çirkab sularının içində yaşamağa məhkum olunublar - ŞİKAYƏT
Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin sakinləri kanalizasiya sularının həyətlərinə dolmasından narazılıqlarını ifadə ediblər.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub. Qeyd olunub ki, İ.Turgenev küçəsi üç aydır ki, kanalizasiya sularının içində qalıb.
"Çirkab suları axıb həyətlərimizə, zirzəmilərimizə dolub. Bütün aidiyyəti qurumlara müraciət etmiṣik, lakin baxıb tədbir görən yoxdur", - deyə şikayətdə bildirilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, əraziyə qəza briqadası cəlb olunub.
"Qeyd olunan ünvanda tullantı su şəbəkəsinin tutulması nəticəsində ətrafa su yığılıb. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilib. Xətlər yuyulub və tullantı su şəbəkəsinin fəaliyyəti bərpa edilib. Ərazidən toplanan suyun kənarlaşdırılması icra edilir", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Rəylər