Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nəriman Nərimanov küçəsi 23 ünvanında yaşayan sakinlər bir neçə gündür ki, içməli su problemi ilə üzləşdiklərini bildirirlər.
Oxu.Az-a daxil olan məlumata görə, ərazidə yerləşən doqquzmərtəbəli binalara artıq beş gündür su verilmir.
Sakinlərin sözlərinə görə, su təchizatının dayandırılması onların gündəlik həyatına ciddi təsir göstərib. Onlar məcbur qalıb müxtəlif mənbələrdən su daşıyırlar.
Vətəndaşlar qeyd edirlər ki, suyun olmaması səbəbindən binaların kanalizasiya sistemində də problemlər yaranıb, binanı üfunət bürüyüb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.