Azərbaycanın müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə tərxis olunmasına münasibət bildirməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, sabiq nazir müavini Ç.Məmmədov Publika.az-a açıqlamasında vəzifədən getməsi barədə danışmaq istəmədiyini söyləyib:
“Hər şey normaldır, öz işimdəyəm. Heç nə danışmayacam. Danışan kimi internetə yayırsınız. Nə danışıramsa, hamısını yazırsınız”.
Xatırladaq ki, ötən həftə Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Prezidentin sərəncamı ilə tərxis olunub. Onu general-leytenant Kərim Vəliyev əvəzləyib.