Zaqatalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Gözbarax kəndində yol qəzası nəticəsində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobildə yanğın baş verib.
Nəticədə avtomobilin sürücüsü və 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Ərazidə olan ağaclar yanğından mühafizə olunub.
E.Ə.
www.oxu.az