Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zaqatalada leysan yağışları fəsadlar törədib
Zaqatalada yağan leysan yağışları bir sıra fəsadlar törədib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, sentyabrın 25-dən 26-a keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə daha çox yağıntı Zaqatala və Balakən rayonlarında müşahidə olunub.
Gecə saatlarında Zaqatalanın Yuxarı Çardaqlar, Muxax və Mazıx kəndlərinin inzibati ərazilərinə isə leysan yağışları yağıb. Sel suları kəndlərdə bir sıra həyətyanı sahələri basıb, bəzi kənd daxili yolların infrastrukturuna ziyan verib. Leysan yağışları səbəbindən rayonun Yuxarı Tala, Muxax, Yuxarı Çardaqlar və Car kəndlərinə elektrik enerjisinin verilməsində bir müddət fasilə yaranıb.
Hazırda müvafiq qurum nümayəndələri leysan yağışının törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində ərazilərə cəlb edilib, təmir-bərpa işləri aparır.
Rəylər