Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində üç nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həlak oub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində kənd sakinləri - 1991-ci il təvəllüdlü Məqsəd Rzayevin, 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun və 1992-ci il təvəllüdlü İlqar Cumayevin xəsarət alması barədə polisə məlumat daxil olub.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq, H.Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.
23:09
Zaqatala sakininin əlində qumbara partlayıb, vəziyyəti ağırdır.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yengiyan kəndinin mərkəzində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.
Hadisə nəticəsində ağır xəsarət alan H. Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım briqadasının əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıb.
Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırma aparırlar.