Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zaqatalada baş verən dəhşətli qəzanın ANBAAN VİDEOSU
Zaqatalada altı nəfərin xəsarət aldığı dəhşətli qəzanın görüntüləri yayılıb.
Oxu.Az həmin görüntüləri təqdim edir:
Zaqatalada ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yanvarın 1-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər (2-si qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub:
"Müxtəlif travmalar alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan sağ mil-bilək sümüyünün sınığı diaqnozu qoyulan 1995-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu qoyulan 2016-cı il təvəllüdlü azyaşlının və laparotomiya, splenektomiya diaqnozları qoyulan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir. Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta-ağır, Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıların vəziyyətləri isə ağır olaraq qiymətləndirilir".
Əlavə olunub ki, digər üç nəfər isə zəruri tibbi xidmət göstərildikdən sonra müalicələrini ambulator şəraitdə davam etdirmək şərti ilə evə buraxılıblar.
Məhərrəm Əliyev
Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimlikləri məlum olub.
APA-nın məlumatına görə, qəza zamanı xəsarət alan şəxslər aşağıdakılardır:
1985-ci il təvəllüdlü Salyan rayon sakini Təranə Rasim qızı İbrahimova, Təranənin iki azyaşlı övladı - 2016-cı il təvəllüdlü Nur Röyal qızı İbrahimli və 2019-cu il təvəllüdlü Mübariz Röyal oğlu İbrahimov, 1985-ci il təvəllüdlü Zaqatala rayon sakini Qurban Cəbrayil oğu Şıxamirov, 1984-cü il təvəllüdlü Zaqatala rayon sakini Zahid Mahir oğlu Məmmədov, 1980-cı il təvəllüdlü Eldar Şamil oğlu Məmmədovdur.
Yaralılardan T.İbrahimovanın müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsində, T.İbrahimovanın övladları N.İbrahimli və M.İbrahimovun müalicələri isə Reanimasiya şöbəsində aparılır.
Digərlərinin xəsarətləri yüngül olduğundan xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, qəza zamanı 1984-cü il təvəllüdlü Zahid Mahir oğlu Məmmədovun idarə etdiyi "Mercedes-Benz" markalı və 1985-ci il təvəllüdlü Qurban Cəbrayıl oğlu Şıxamirovun idarə etdiyi "Opel" markalı minik avtomobilləri toqquşub.
Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, baş vermiş qəza zamanı biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.
Xəsarət alanların bir ailənin üzvüləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alan var
- Qaxda yük maşınının vurduğu azyaşlının son durumu AÇIQLANDI
- Gədəbəydə avtomobil maneəyə çırpılıb: Xəsarət alan var
- Hacıqabulda üç nəfərin ölümünə səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜSÜ
- Ağstafada avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var
Rəylər