Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 13 radələrində rayonun Çobankol kəndi ərazisində qeydə alınıb.
Yolda hərəkətdə "Ford Transit" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, Zaqatala rayon sakini 1976-cı il təvəllüdlü Əli Osmanov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12