Müdafiə Sənayesi Nazirliyi (MSN) bu gün Şirvan şəhərində “Telemexanika” zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Oxu.Az MSN-nin rəsmi saytına istinadla xəbər verir ki, bu gün saat 11:30 radələrində Nazirliyin Şirvandakı “Telemexanika” zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.
Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.