Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Zəhərlənmə ilə KTM-ə yerləşdirilən beş nəfər dünyasını dəyişib: Noyabrın statistikası](https://images.oxu.az/2024/12/06/P1ePhO7wvIcDdsY0FHSfiKVeXJTaDbvmevCZicVO:1200.webp)
Zəhərlənmə ilə KTM-ə yerləşdirilən beş nəfər dünyasını dəyişib: Noyabrın statistikası
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.
Oxu.Az bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.
"Həmçinin, səkkiz nəfər botulizm, üç nəfər allergik reaksiya, dörd nəfər göbələkdən, bir nəfər etanoldan, bir nəfər siçan dərmanından (rodentisid), bir nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (üç nəfər kişi cinsli, iki nəfər qadın cinsli) dünyasını dəyişib", - məlumatda vurğulanıb.
Qeyd edilir ki, ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.
"Zəhərlənmə hadisəsi" teqi üzrə xəbərlər
- Təhlükəli qida zəhərlənməsinə qarşı çarə tapıldı
- Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri polisə müraciət etdi - ARAŞDIRMA başladı
- Ağdaşda beş yaşlı uşağın həyatı termometrə görə təhlükəyə düşdü
- Uşaqlarda zəhərlənməni necə müəyyən etmək olar? - Həkimə müraciəti zəruri edən SİMPTOMLAR
- HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıb
Rəylər