Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.
Oxu.Az bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verib.
Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası və Ağdam Sənaye Parkıdır.
Ən çox oxunanlar