Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zərərçəkmiş: “Həbs olunan sabiq başçı marallara görə hər ay 300 manat pul yığırdı”
“Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədov marallara baxmaq üçün rayonun bütün icra nümayəndələrindən hər ay 200-300 manat pul yığırdı”.
Bunu “Report”un Qərb bürosuna açıqlamasında Şəmkirin Dəllər Cəyir kəndinin keçmiş icra nümayəndəsi Tünzalə Hüseynova deyib.
İcra nümayəndəsi iddia edir ki, A.Məmmədov yeni bazarın inşası zamanı ondan 10 min manat pul alıb:
“Sabiq başçı rayonun digər icra nümayəndələrindən daha çox pul alırdı. Mən 10 min manatı Rusiyada yaşayan qohumumdan alaraq ona verdim. Alimpaşa Məmmədov vəd etmişdi ki, həmin pulun əvəzinə yeni bazarda mağaza yeri verəcək. Lakin o, verdiyi vədə əməl etmədi, mən də pulumu geri aldım. Elə ondan sonra məni uzun illərdir çalışdığım vəzifədən qanunsuz olaraq çıxartdı”.
Qeyd edək ki, T.Hüseynova A.Məmmədovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Onun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Nərmini ölümə təhrik edən kişi üç uşaq atası imiş
- Hərbçini qətlə yetirən şəxsə hökm oxundu
- Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi
- DTX-nin həbs etdiyi sabiq icra başçısının müavininin məhkəməsi təxirə salınıb
- Bacısı ilə söhbət edən oğlanı bıçaqlayan şəxsə şərti cəza verildi