Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik olunub.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.