Zığ şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, gün ərzində Zığ şosesində (Zığ dairəsi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması sözügedən ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.

Elvin Əhmədov
www.oxu.az