Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri cənab Ziya Məmmədov 2014-cü il 16 may tarixində Qax şəhərində Balakən, Zaqatala və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az-a Nəqliyyat Nazirliyindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 14 may 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Qax “16 saylı Yol İstismarı İdarəsi” (Qax şəhəri, Sabir küçəsi-8)
- Balakən “51 saylı Yol İstismarı İdarəsi” (Balakən şəhəri, 28 may küçəsi, 12)
- Zaqatala “17 saylı Yol İstismarı İdarəsi” (Zaqatala rayonu, Yuxarı Tala kəndi).
Gülnarə Zeynalova
www.oxu.az