Fev
2024
20:56
69
36
3030
Virtual karabakh

“Efsane” türk komediya filminin qala gecəsi keçirilib - FOTO/VİDEO

5 Fev, 2024
20:56
3030

“Efsane” türk komediya filminin qala gecəsi keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Efsane” türk komediya filminin qala gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, ilin ən iddialı komediya filmi olaraq kinosevərləri güldürmək üçün hazırlanan film yeddi min illik qatığın sirrini əyləncəli şəkildə izah edir.

Film Çorumda yaşayan Sadık və ailəsi minilliklərdən bəri ailə ənənəsi olaraq qatıq hazırlayır və qatıqlarının dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır.

Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Amma yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir. İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu dəyərli sirri əldə etmək istəyir.

Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir.

Baş rolları isə Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri