Mar
2024
14:35
24
15
2021
Virtual karabakh

“CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” “ScreenX”də - FOTO/VİDEO

1 Mar, 2024
14:35
2021

“CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” “ScreenX”də - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Warner Bros.” studiyasının “Dune 2” epik elmi-fantastik filminin premyeradan öncə nümayişi keçirilib.

Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və iri təşkilatların rəhbərləri dəvət olunublar.

Tədbirin təşkilində “7 Gül” (gül butiki), MADO restoranı, “Mochiki” (ənənəvi Yapon-Asiya desertləri), “Light in Black” kreativ şirkəti (foto və video), “ProEvents” (işıq effektləri), “Show Production” (qum şousu) - Aydın Rəhimov, “Hillside” premium çaxırları və “Red Bull” dəstək göstəriblər.

Axşam Cənubi Koreyanın CJ 4DPLEX şirkəti tərəfindən hazırlanmış unikal “ScreenX” formatlı filmlə başa çatıb.

“ScreenX” - 270 dərəcə baxış bucağına malik, filmdən həzz almağa imkan verən tamamilə yeni innovativ texnologiyadır. Kinoteatrın zalında üç proyektor və iki əlavə yan ekran var. Filmin əsas səhnələri mərkəzi ekranda nümayiş etdirilir, yan səhnələr isə kadr kompozisiyasını artırır. Bu genişlənmiş məkan tamaşaçıda fərqli hisslər yaratmaqla yanaşı, filmi yaşamağa imkan verir.

“Dune 2” filminin süjeti Frenk Gerbertin eyniadlı romanı əsasında qurulub. Rejissoru Deni Vilnyovdur. “Dune 2” 2021-ci ildə təqdim olunmuş “Dune” filminin davamıdır.

İkinci filmdə, demək olar ki, bütün əsas personajlar öz rollarına qayıdacaqlar və süjetin inkişafı üçün çox vacib olan yeni simalar da peyda olacaqlar.

Rollarda: Timoti Şalame, Rebekka Fergüson, Zendeya, Deyv Batista, Ostin Batler, Florens Pyu, Leya Seydu, Kristofer Uoken və başqaları.

Film haqqında qısaca: Pol Atreydes frimen xalqı ilə birləşərək, padşah-imperator və Korrino evinin başçısı Şaddama qarşı üsyana rəhbərlik edəcək. Beləliklə, baş qəhrəman ailəsinin ölümünə görə qisas almaq istəyir.

Fevralın 29-dan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən filmlərdən biri üç dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Dune 2” filmini ən son 4DX və “ScreenX” texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri