25 
Yan
2024
21:00
49
26
2878
Virtual karabakh

“CinemaPlus”da “3391 kilometr” türk melodramının qala gecəsi keçirilib - FOTO/VİDEO

25 Yan, 2024
21:00
2878

“CinemaPlus”da “3391 kilometr” türk melodramının qala gecəsi keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Beyza Alkoçun kitabı əsasında çəkilmiş “3391 kilometr” türk melodramının qala gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, filmin yaradıcı prodüseri və rejissoru Deniz Enyüksekdir.

Baş rolları yeni nəslin ən populyar aktyorları Derya Pınar Ak və Ahmet Haktan Zavlak ifa ediblər.

Film sosial şəbəkə vasitəsilə tanış olan və aralarında kilometrlər olsa da güclü sevgi hissi yaşayan iki gəncin hekayəsindən bəhs edir. Tamaşaçılar 3391 kilometr məsafədə yerləşən Fransa ilə Türkiyə arasında eşq macərasının şahidi olacaqlar.

“3391 kilometr” filminin sosial şəbəkə səhifələrində on minlərlə şərh yazılıb.

Qeyd edək ki, kitabın pərəstişkarları hekayənin hər bir təfərrüatına o qədər bələddirlər ki, filmin çəkilişləri zamanı fanatların sıx təzyiqi və istəkləri nəticəsində ssenaridə olmayan, kitabda isə olan bir çox detallar əlavə edilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri