"Amburan Mall" ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən "CineMastercard" premium kinoteatrında yay mövsümünün açıq səma altında təntənəli açılışı və ABŞ istehsalı olan "Pis oğlanlar: Sonacan" filminin premyeradan öncə nümayişi baş tutub. Axırıncı hissə "Pis oğlanlar" franşizasının dördüncü hissəsi və "Pis oğlanlar: Əbədi" (2020) filminin davamıdır.
Franşizanın ilk hissəsi 1995-ci ildə ekran üzü görüb. Bu müddət ərzində film döyüş komediyaları arasında klassik olmağı bacarıb.
Detektiv partnyorların əsas rollarını yenə Uill Smit və Martin Lourens canlandırıblar.
Filmin rejissorları Adil El Arbi, Bilal Fallahdır.
Film haqqında qısaca: "Bir gün oğlanlar xəbərlərdə korrupsiyada və narkotik kartelləri ilə əlaqədə olduğu iddia edilən mərhum kapitan Konrad Hovarda qarşı ciddi ittiham eşidirlər. Ölümündən əvvəl çəkilmiş video bunun yalan olduğunu təsdiqləyir və burada Hovard qatillərini tapmağa və ləkələnmiş şərəfini bərpa etməyə çağırır. Polislər keçmiş yoldaşın çağırışına cavab verməyə hazırdırlar, lakin bununla özlərini də təhlükəli vəziyyətə salırlar".
Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və iri təşkilatların sahibkarları dəvət olunublar.
Rəqs qrupunun polis uniformasında çıxışı və DJ-in parlaq işıq şousu gecəyə xüsusi əhvali-ruhiyyə bəxş edib.
Tədbirin təşkilində "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "Carlsberg Azerbaijan" və "Чёткая" Organic vodka" dəstək göstəriblər.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
"Pis oğlanlar" "CineMastercard" kinoteatrının yay mövsümünün açılışında
"Pis oğlanlar" "CineMastercard" kinoteatrının yay mövsümünün açılışında