Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yuxarı Əskipara məktəbi bağlanır? - Rəsmi AÇIQLAMA
Sosial şəbəkələrdə Qazax rayon A.Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbinin bağlanacağı barədə iddialar yayılıb.
Modern.az məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu göndərib.
Qurumdan verilən açıqlamada qeyd olunur ki, hazırda məktəbin bağlanması müzakirə edilmir.
"Hazırda sözügedən məktəbin bağlanması müzakirə edilmir. Belə bir qərar qəbul edilərsə, ilk növbədə uşaqların müvafiq qaydada təhsilalma hüququ təmin edilməklə, kollektiv üzvlərinin də məşğulluğu nəzərə alınacaq", - deyə idarədən bildirilib.
Ən çox oxunanlar
Rəylər