Teleaparıcı (hacı) Nuran Hüseynovun səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, onun ayağında şiş aşkarlanıb.
Aparıcı bu səbəbdən Almaniyaya müalicə almağa gedib.
O, uzun müddətdir sərbəst yeriyə bilmədiyini, bununla bağlı əməliyyat olunacağının gözlənildiyini bildirib.
Qeyd edək ki, N.Hüseynov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.
Qaynar xətt:
(055) 224 12 12