“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Demyen Lyuisin kitabı əsasında İkinci Dünya müharibəsindən bəhs edən “Qeyri-Centlmen İşlər Nazirliyi” döyüş komediyasının premyeradan öncə nümayişi keçirilib.
Filmin rejissoru məşhur britaniyalı Qay Riçidir. O, aktyorları peşəkarcasına seçməyi və xarizmatik personajlar yaratmağı bacarır.