“CinemaPlus Amburan Mall” premium kinoteatrında açıq səma altında “Yura dövrü dünyası: Hökmranlıq” əfsanəvi-fantastik filminin təqdimatı keçirilib.
“CinemaPlus”dan verilən məlumata görə, kinoteatr sanki keçmişə, yalnız dinozavrların hökm sürdüyü dünyaya qərq olub. Bitkilərin bolluğu, filmə özəl dekorasiyalar öz sözünü deyib. Tədbirdə dinozavrın peyda olması qonaqların böyük marağına, emosiyalar fırtınasına səbəb olub və onlar özlərini filmin qəhrəmanları kimi hiss edə biliblər.
“CinemaPlus Amburan Mall”da “Yura dövrü dünyası: Hökmranlıq” filminin təqdimatı keçirilib - FOTO/VİDEO