Fevralın 16-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.
Məlumata görə, “CinemaPlus” kinoteatrlar şəbəkəsində fevralın 16-dan etibarən ABŞ istehsalı olan “Qarışqa adam və Arı: Kvantomania” fantastik triller filminin nümayişi başlayır.
Filmin rejissoru: Peyton Rid.
Baş rollarda: Mişel Pfayfer, Evancelin Lilli, Pol Rad, Bil Murrey, Conatan Maycers, Ketrin Nyuton, Maykl Duqlas.
Müddəti 140 dəqiqə. Yaş həddi 12+.
Film kiçilməyə və böyüməyə imkan verən kostyumun sahibi, keçmiş cinayətkar Scott Lanq-ın sərgüzəştlərindən bəhs edir. Qarışqa adam kostyumunu hazırlayan məşhur fizik və entomoloq Henk Pimin qızı Houp van Dain ilə birlikdə Skot növbəti dəfə dünyanı yaxınlaşan təhlükədən xilas edəcək.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az , mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.