“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Fransa imperatoru Napoleon Bonapart haqqında bioqrafik filmin premyera öncəsi nümayişi keçirilib.
İmperatorun həyatından bəhs edən tarixi dramın rejissoru Ridli Skottdur. Baş rolu təkrarolunmaz Xoakin Feniks oynayır.
Filmin ssenarisini Devid Skarpa, musiqisini Martin Fipps yazıb.
“Napoleon” filmi Bonapartın yeganə əsl sevgisi Jozefina ilə qeyri-sabit münasibəti və onu hakimiyyətə aparan çətin yoldan bəhs edir. “Jozefina” rolunu Vanessa Kirbi, inqilabçı “Tahar Rəhim”in rolunu isə Pol Barras canlandırıblar.
Tədbir günü kinoteatrda xüsusi ab-hava var idi. Çiçəklər, çilçıraqlar, şamlar və instrumental trio ilə qızıl tağlar XIX əsrin fransız dövrünün üslubunu yaradıb.
Şirniyyat və “Napoleon” tortları gecəyə bayram əhvali-ruhiyyəsi bəxş edib. Girişdə qonaqları Napoleonun özünün kospleyi və gözəl xanımlara gül paylayan ağ mələk qarşılayıb. Tədbirin əyləncəli hissəsi Aleksandr Barkovun rəhbərliyi ilə “ASgarden”in valsı ilə başa çatıb.
Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və iri təşkilatların sahibkarları dəvət olunublar.
Tədbirin təşkilində “Brand Media Groups”, “Orli” event şirkəti, MADO restoranı, “Light in Black” kreativ şirkəti (foto və video), “Janna” (şirniyyat məmulatı) və “7 Gül” butiki dəstək göstəriblər.
Noyabrın 23-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən filmlərdən biri üç dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Napoleon” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə “Dəniz Mall”da yerləşən “CinemaPlus”da baxmaq olar.
“CinemaPlus”da “Napoleon” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO
Rəylər