Oktyabrın 6-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərlərin siyahısı açıqlanıb.
Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, oktyabrın 6-dan etibarən ABŞ istehsalı olan “Xərçənglərin oxuduğu yer” triller filminin nümayişi başlayır.
Filmin rejissoru Oliviya Nyumandır. Baş rolları Deyzi Edqar-Cons, Taylor Con Smit və Harris Dikinson ifa ediblər.
Filmin müddəti 135 dəqiqədir və 16 yaşdan yuxarı şxəslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat: İllərdir Şimali Karolinanın səhrasında itmiş sakit Barkley Cove şəhərinin sakinləri bir-biri ilə “bataqlıq qızı” - gənc yaşlarından zahid kimi yaşamış Kia Klark adlı qız haqqında əfsanəni bölüşürlər. İki yerli gənclə tanışlıq Kia üçün yeni dünya açır. Ancaq onlardan biri ölü tapıldıqda, şayiə dərhal onu günahkar hesab edir.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.